Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin birgə tədbirlər planı əsasında hər il təşkil olunan “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsi yekunlaşıb.
Ümumilikdə üç mərhələdə keçirilmiş yarışlarda 38 sərhədyanı və digər rayonların 187 məktəbinin 875 şagirdi iştirak etmiş, ilk iki mərhələnin yekunlarına görə 11 komanda final mərhələsində mübarizələrini davam etdirmişlər.
Qeyd edək ki, “Sərhəd” hərbi-idman oyununun rayon mərhələsində muxtar respublikanın sərhədyanı tam orta məktəblərini əhatə edən 20
komanda iştirak etmiş, onlardan 7-si zona mərhələsinə vəsiqə qazanmışdı.
Zona mərhələsində isə Ordubad şəhər tam orta İnternat məktəbinin komandası qalib kimi, final mərhələsində muxtar respublikanı təmsil etmişdir.
Final mərhələsinin yekunlarına əsasən isə Ordubad şəhər tam orta İnternat məktəbinin “Ümid ” komandası üçüncü yerin qalibi olub.
Təbrik edirik!