AZ EN RU

Ordubad rayonunda "Uaz" markalı avtomobildə yanğın baş verib

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ordubad rayonunda "Uaz" markalı avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

 Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, dərhal Ordubad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Nəşr edilib : 10.07.2024 17:26