Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli qurumları tərəfindən noyabr ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib, 4 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub. Operativ vergi nəzarəti tədbirləri zamanı 1 vergiödəyicisində “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 2 şəxsdə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığortahaqqının ödənilməsi haqqında qəbz”in alınmaması və 1 şəxsin isə vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti