Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli qurumları tərəfindən oktyabr ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib, 3 vergiödəyicisində qanunvericiliyin pozulması halları aşkar olunub. Operativ vergi nəzarəti tədbirləri zamanı həmin vergiödəyicilərinin “Fərqlənmə nişanı” olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.
Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti