AZ EN RU

Ombudsman Günay Rzayeva BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsi ilə görüşüb

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə iyulun 18-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.

Görüşdə Ombudsman Günay Rzayeva qonağı salamlayaraq muxtar respublikanın yeni inkişaf mərhələsində insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsinin davamlı inkişafı üçün yaradılan geniş imkanlar və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlər haqqında məlumat verib.

Görüşdə qarşılıqlı maraqdoğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin qurumlar arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə görüləcək işlər müzakirə olunub.

Alessandra Rokkasalvo, öz növbəsində, səmimi görüşə görə Ombudsman Günay Rzayevaya minnətdarlığını bildirib.

Nəşr edilib : 18.07.2024 15:44