AZ EN RU

Noyabrda məktəblilər neçə gün tətil edəcək?

Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanın ümumtəhsil məktəblərində (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin tarixləri dəyişdirilib. 

"Şərq qapısı" qərara əsasən xəbər verir ki, ümumi təhsil səviyyəsində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək davam edəcək. Bununla belə, həftə sonları və bayram günləri nəzərə alınmaqla, məktəblilər daha da uzun müddət istirahət edəcəklər.

Belə ki, 9-10 noyabr və 23-24 noyabr şənbə və bazar günlərinə düşür. Bundan başqa, noyabrın 8-i Qələbə Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyri-iş günləridir. Noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən noyabrın 11-i də qeyri-iş günü olacaq.
Məlum olur ki, ümumtəhsil məktəblərində tətil noyabrın 8-dən başlayacaq və 17 gün - noyabrın 25-dək davam edəcək. Tətildən sonra ilk dərs günü noyabrın 25-i olacaq. Belə ki, həftə sonları nəzərə alınmaqla noyabr ayında cəmi 10 dərs günü olacaq.

Nəşr edilib : 05.08.2024 12:51