AZ EN RU

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar çap olunacaq seçki bülletenlərinin sayı açıqlanıb

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 milyon 516 min 567 ədəd seçki bülleteni çap ediləcək.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.

Seçki bülletenlərində namizədlərin soy adı, adı, atasının adı və digər zəruri məlumatlar əksini tapacaq.

Nəşr edilib : 27.07.2024 14:18