AZ EN RU

Novak Cokoviç tennis tarixinin ən yaşlı olimpiya çempionu olub

2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında serb tennisçi Novak Cokoviç kişilər arasında tək olimpiya çempionu oldu. 
"Şərq qapısı" xəbər veririr ki, finalda məşhur serb tennisçi ispan Karlos Alkarasla qarşılaşıb. 
24 qat Böyük Dəbilqə qalibi və ən çox qələbə rekordçusu olan 37 yaşlı N.Cokoviç rəqibini hər iki setdə 7:6 hesabı ilə məğlub edərək tennis tarixinin ən yaşlı olimpiya çempionu olub. 
Qeyd edək ki, Parisdə keçiriləcək Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.

Nəşr edilib : 04.08.2024 20:51