AZ EN RU

Nepalda musson yağışları: 11 nəfər ölüb, 8 nəfər itkin düşüb

Nepalda son 2 gündə yağan şiddətli yağışların səbəb olduğu fəsadlar nəticəsində ən azı 11 nəfər ölüb, 8 nəfərin itkin düşüb.

Nepal mediasından verilən xəbərə görə, aramsız yağışların yaratdığı torpaq sürüşmələri, sel və daşqın insan tələfatından başqa, evlərə, infrastruktura, əkin sahələrinə də ziyan vurub. Nəticədə yollar bağlanıb, ucqar ərazilərdəki yaşayış məntəqələri ilə nəqliyyat əlaqəsi kəsilib.

Şiddətli yağışlar ölkənin cənub-şərqindək Koşi çayında suyun səviyyəsinin yüksəlməsinə səbəb olub. Çayda su axını illik normanın iki qatından çoxdur. Çayın hövzəsində yaşayan sakinlərə xəbərdarlıq edilib. Kaşi çayının daşması Nepal ilə yanaşı qonşu Hindistanın Bihar ştatına də zərər vurub.

Bundan başqa Narayani, Rapti və Mahakali çaylarında da suyun səviyyəsi xeyli yüksəlib. Paytaxt Kathmandu ətrafındakı bəzi yaşayış məntəqələrində çaylar daşaraq sahildə yerləşən evlərə və yollara ziyan vurub.

Qeyd edək ki, Nepalda iyunun ortasında musson yağışları başlayandan bəri ən azı 50 nəfər ölüb.

Nəşr edilib : 07.07.2024 13:25