AZ EN RU

Nehrəm qarpızı-adıyla və dadıyla

Qızmar yay günlərində muxtar respublikamızın rayon mərkəzlərinə və kənd yaşayış məntəqələrinə gedən yol kənarlarında müxtəlif meyvə-tərəvəz məhsulları, o cümlədən qarpız, yemiş  düzülmüş köşkləri görürük. Muxtar respublika iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı məhsullarının bolluğu hamımızı sevindirir, satışa çıxarılmış həmin məhsullar torpağa sevgi ilə yanaşan təsərrüfatçı adamların çəkdikləri zəhmətdən xəbər verir. Həmin  məhsulların satışı da elə təşkil edilib ki, həm təsərrüfatçı qazansın, həm də alıcılar ağız dadı ilə məmnun qalsınlar. Onu da qeyd edək ki, muxtar respublikada dadı ilə ad qazanmış Nehrəm qəsəbəsindən olan təsərrüfatçıların yetişdirdiyi qarpız və yemiş ad ilə deyilir.

Bu dəfə Naxçıvan-Ordubad magistralı ilə Culfa rayonundan yazı hazırlamağa gedərkən gördüyümüz mənzərə bizi ayaq saxlamağa vadar etdi. Öz məhsulunu burada satışa çıxaran bir neçə zəhmət adamı ilə həmsöhbət olduq. Onlardan biri Nehrəm qəsəbəsindən olan Amil Həmzəyev oldu. Təsərrüfatlarında illərdir ki, bu sahə ilə məşğul olan həmsöhbətimiz bu il də bol məhsul yetişdirdiyini diqqətimizə çatdıraraq satışdan da razı qaldığını bildirdi. Bacardıqları qədər də alıcıların məmnun qalmağı üçün qiymətlərin münasib olduğunu dilə gətirdi.

Biz də “Torpağınız bərəkətli, ruziniz bol olsun” deyərək sağollaşıb, yolumuza davam etdik.

                                                                                 Aidə İBRAHİMOVA

Nəşr edilib : 13.08.2024 11:37