AZ EN RU

“Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

İlham Əliyev adına Olimpiya İdman Kompleksində  12 avqust – Beynəlxalq Gənclər Günü  və  Naxçıvan  Muxtar  Respublikasının 100 illik yubileyi ilə əlaqədar idmançılar arasında “Nə? Harada? Nə zaman?”  intellektual oyunu  keçirilib.  

 7 komandanın iştirakı ilə keçirilən oyunda iştirakçılara 24 sual səsləndirilib.  “Zəfər” komandası yarışmanın qalibi olub. “Güləşçilər” və  “Ulduz” komandaları müvafiq olaraq ikinci, üçüncü yerlərə sahib çıxıblar. Komandaların üzvləri diplom və Fəxri fərmanla təltif olunublar.

Yarışmanın məqsədi idmançıların intellektual səviyyələrinin, dünyagörüşlərinin, zehni inkişaflarının stimullaşdırılması və asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub.

Nəşr edilib : 09.08.2024 16:52