AZ EN RU

Nazir: Türkiyə "İnstagram"ın fəaliyyətini bərpa etməyə hazırdır, öncə üzr istənilməlidir

Türkiyə hökuməti “İnstagram”ın fəaliyyətini bərpa etməyə hazırdır.

Bunu Türkiyənin nəqliyyat və insfrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada çıxışı zamanı deyib.

O bildirib ki, bunun üçün “Meta” şirkəti əvvəlcə üzr istəməlidir: “Çünki heç bir xəbərdarlıq edilmədən paylaşımlar silinib”.

Nazir müzakirələrin davam etdiyini və prosesin diqqətlə izlənildiyini diqqətə çatdırıb.

Xatırladaq ki, avqustun 2-də Türkiyədə “Instagram”a giriş bağlanıb. Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı paylaşımlara "Instagram"ın qadağa qoyması göstərilir.

Nəşr edilib : 06.08.2024 14:31