AZ EN RU

Nazir müavini Xəyalə Dadaşova Ordubadda vətəndaşları qəbul edib

İyulun 18-də Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova Ordubadda rayon sakinlərini qəbul edib, müraciətlərini dinləyib.
Qəbul zamanı qaldırılan məsələlərin həlli üçün aidiyyəti tapşırıq verilib, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq strukturlara göndərilmək üçün qeydiyyata götürülüb.
Sonra rayon ərazisindəki meyvə bağlarına və heyvandarlıq təsərrüfatlarına baxış keçirilib, müvafiq tövsiyələr verilib. Həmçinin muxtar respublikada baramaçılığın yem bazasının gücləndirlməsi məqsədilə salınan tut bağlarına da baxış olub.

Nəşr edilib : 18.07.2024 21:26