AZ EN RU

Nazir müavini: DİN seçki günü gücləndirilmiş iş rejimində çalışacaq

Seçki günü Daxili İşlər Nazirliyinin (DİN) müəssisələri gücləndirilmiş iş rejimində çalışacaq.

Bunu Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə daxili işlər nazirinin müavini Oqtay Kərimov deyib.

Onun sözlərinə görə, zərurət yarandıqda sağlamlıq səbəbindən seçkilərdə iştirak edə bilməyən vətəndaşlar üçün yaşadıqları yerə seçki qutusu aparılacaq.

Nəşr edilib : 10.07.2024 12:29