AZ EN RU

Naxçıvanlı müəllim qrant müsabiqəsinin qalibi olub

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin müəllimi təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olub

 Avqustun 9-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilən və hər il keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin nəticələri elan olunub. 

 Müsabiqədə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Turanə Atakişiyevanın  “Ekranı bağla həyatı aç!” adlı layihəsi “Fərdi layihələr” kateqoriyası üzrə   qalib olub.

Nəşr edilib : 09.08.2024 17:08