AZ EN RU

Naxçıvanlı gənclər ölkənin ən böyük gənclər festivalı “Yay Fest 2024”də iştirak edirlər

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “İDEA” İctimai Birliyi, COP29 Təşkilat Komitəsi, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxı Astrofizika Rəsədxanasında “Yay Fest 2024” keçirilir.

Qeyd edək ki, 8 mərhələdə təşkil olunacaq festivalın hər mərhələsində Gənclər Fondunun Naxçıvan filialının əməkdaşlarının rəhbərliyi ilə 10 naxçıvanlı gəncin iştirakı təmin olunacaqdır. Hazırda festival çərçivəsində baş tutan “Sağlamlıq düşərgəsi”ndə Naxçıvan filialının əməkdaşı və 10 fəal gənc iştirak edir. 

Qeyd edək ki, iyul-sentyabr aylarında hər biri beş gün olmaqla, 8 fərqli mövzuda düşərgələr təşkil ediləcək. Ümumilikdə, 2 min gənc bir araya gələrək maraqlı fəaliyyətlərə qoşulacaq, yeni biliklər və dostluqlar qazanacaqlar.
Şamaxının təbiətində keçiriləcək festivalda iştirak edənlər yaşayış çadırlarında qalacaqlar.

Nəşr edilib : 22.07.2024 21:58