AZ EN RU

Naxçıvanlı gənclər beynəlxalq gənclər düşərgəsində iştirak ediblər

Azərbaycan Respublikasının Gənclər Fondu və Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) birgə təşkilatçılığı, Pendik Bələdiyyəsinin dəstəyi ilə 9-12 iyul tarixlərdə Türkiyənin Pendik əyalətində təşkil edilən beynəlxalq düşərgədə fondun Naxçıvan filialının əməkdaş və fəal könüllüləri də iştirak edib.
Düşərgənin məqsədi türk və azərbaycanlı gənclər arasındakı əlaqələrin gücləndirilməsi, gənclər arasında fikir və təcrübə mübadiləsinin təşkil edilməsi idi.
Düşərgə çərçivəsində gənclər Türkiyənin zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olmaq məqsədilə İstanbul şəhərinə səfərə yollanıb, memarlıq incisi hesab olunan Ayasofya məscidi və dünyanın ən böyük saray-muzey kompleksi Topqapı sarayını ziyarət ediblər.
Qeyd edək ki, proqram müddətində düşərgə mərkəzində gənclər müxtəlif oyunlar və idman yarışları ilə asudə vaxtlarını dəyərləndiriblər.

Nəşr edilib : 13.07.2024 22:23