AZ EN RU

Naxçıvanda yanvar ayının hava proqnozu açıqlanıb

Yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal edilir. Yanvar ayının 5-dək hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləkləri üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 2° şaxtadan 2°-dək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 3-8°, bəzi günlərdə 10-15° şaxta, dağlarda 18-20° şaxta, gündüzlər 3-8° isti, bəzi günlərdə 2-7° şaxta olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı bildirilir (norma 14-25 millimetr).

Nəşr edilib : 30.12.2022 16:11