AZ EN RU

Naxçıvanda vergi daxilolmaları 26 milyon manat artıb

Cari ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 116,8 milyon manat vergi daxil olub. 
Xidmətdən “Şərq qapısı”na bildirilib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 26 milyon manat və ya 28,7 faiz çoxdur. Cari ilin 7 ayında Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 122 faiz icra edilib.

Nəşr edilib : 07.08.2024 15:52