AZ EN RU

Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 20 faizdən çox artıb

Cari ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 4278 yeni vergi ödəyicisi qeydiyyata alınıb. 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, onların 4090-ı fiziki şəxslər, 188-i isə hüquqi şəxslər və digər təşkilatlar olub. Qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20,8 faiz artıb. Bu ilin 7 ayında kommersiya qurumlarının 63,8 faizi elektron qaydada, 36,2 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

Nəşr edilib : 13.08.2024 12:07