AZ EN RU

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi artıb

2024-cü ilin yanvar-iyul aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz artaraq 19 milyon 489 min 900  manat olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən "Şərq qapısı"na verilən məlumata görə, həmçinin cari ilin yanvar-iyul aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 705 milyon 142 min 900 manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz çoxdur.
2024-cü ilin yanvar-iyul aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri də artıb. Belə ki, bu, 106 milyon 989 min 900 manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.

Nəşr edilib : 13.08.2024 12:30