AZ EN RU

Naxçıvanda növbəti dəfə monitorinq keçirilib

Monitorinqlər zamanı Naxçıvan şəhəri Əlincə məhəlləsi 928 ünvanında fəaliyyət göstərən Məmmədov Elman Fərman oğluna məxsus ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, sanitar gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmizlənmədiyi, işçilərin ilkin və dövri tibbi müayinədən keçməsini təsdiqləyən sənədin təqdim edilmədiyi, asqıların paslanan materialdan hazırlandığı, ət doğrama  kötüyünün yararsız vəziyyətdə olduğu və dezinfeksiya işlərinin vaxtında aparılmadığı müəyyən edilib. Aşkarlanmış nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, icrası məcburi göstərişlər verilib və sahibkar maarifləndirilib.

Nəşr edilib : 19.07.2024 19:53