"Şərq qapısı" xəbər verir ki, Ordubad-Naxçıvan magistralının Babək rayonu yol ayrıcında qeydə alınıb. Hadisə zamanı Culfa rayon Ərəzin kənd sakini, 1975-ci il təvəllüdlü İbrahimov Müslüm Həsən oğlu idarə etdiyi 72-A-274 dövlət nömrə nişanlı motosikletlə Bayramov Əli Elxan oğlunun idarə etdiyi 67-BC-239 dövlət nömrə nişanlı "VAZ21074" markalı avtomobilinə çırpılıb. Qəzaya səbəb isə motosikletin ara məsafəsi saxlamaması olub. Qəza nəticəsində M.İbrahimov xəsarət alaraq Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.