AZ EN RU

Naxçıvanda məhkəmə qərarlarının icrası nəticəsində tələbkarların xeyrinə 9 milyon manatdan çox vəsait ödənilib

Naxçıvan Muxtar Respublikasında bu ilin 6 ayında məhkəmə qərarlarının icrası istiqamətində 4842 icra sənədi daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1474 iş və ya 43,7 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, hesabat dövründə 2614 sənədin icrası təmin edilib, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 917 iş artıq olmaqla icra edilmiş işlər 54 faiz təşkil edib (ötən il icra faizi 50,3 faiz olub). Ötən ilin 6 ayında görülmüş icra tədbirləri nəticəsində 6 milyon 831 min 900 manat məbləğində tələbkarların xeyrinə pul ödənilib, cari ilin birinci yarımilində isə bu məbləğ 9 milyon 189 min 418 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,5 faiz çox olub.

Nəşr edilib : 25.07.2024 11:20