AZ EN RU

Naxçıvanda Məhkəmə Ekspertizası Mərkəzinə 6 ayda 723 iş daxil olub

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri üzrə iş yükü əvvəlki illərə nisbətən çoxalıb.

Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki,  Məhkəmə Ekspertizası Mərkəzinə bu ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə daxil olan işlərin sayı 82 vahid artaraq 723-ə çatıb. Ekspertlər 1404 suala cavab verməklə qaldırılmış məsələlərin həllində 100 faizlik göstəriciyə nail olublar. Bundan başqa, əhalinin hüquq mədəniyyətinin artırılması və maarifləndirilməsi işi diqqət mərkəzində saxlanılıb, nazirliyin və tabe qurumların əməkdaşları müxtəlif mövzularda media subyektlərində çıxışlarını davam etdirib, əməkdaşların elmi mövzularda yazdıqları məqalələri xarici ölkələrin elmi-nüfuzlu jurnallarında dərc edilib.

Nəşr edilib : 23.07.2024 10:42