AZ EN RU

Naxçıvanda keçirilən velosiped yarışının tək qadın iştirakçısı

Bu gün Naxçıvanda keçirilən velosiped yarışına 100-dən çox həvəskar velosipedçi qatılıb. İştirakçılar arasında 10 kilometr məsafədə birincilik uğrunda mübarizə aparan yeganə qadın velosipedçi isə Zöhrə Sadiqova olub. 
Son 1 ildə işə velosipedlə gedib-gələrək Naxçıvanda çox insanın velosipedə münasibətini dəyişən və bu gün təşkil olunan yarışın yeganə qadın iştirakçısı təəsüratlarını "Şərq qapısı"qəzeti ilə bölüşüb: –İnsanlar tərəfindən mənfi rəylərlə yanaşı, müsbət rəylər də alıram. Təbii ki, insanların müsbət rəyləri məni daha da ruhlandırır. Ümumiyyətlə, hər zaman demişəm – velosiped sürmək insan sağlamlığına da xeyirdir. Hazırda Naxçıvan Müəllimlər İnstitutunuda Nəşriyyat direktoru vəzifəsində çalışıram. 29 yaşımın olmasına baxmayaraq, işə daim velosipedlə gedirəm. Artıq bu mənim yaşam tərzimə, həyat tərzimə çevrilib. Burada ailəmin də dəstəyi böyükdür, heç bir şeyin əngəl olduğunu düşünmürəm. Qadınlara tövsiyəm odur ki, daim cəsur olsunlar, istəklərini, arzularını çəkinmədən həyata keçirsinlər. 

Bülbül QULİYEVA

Nəşr edilib : 12.07.2024 18:55