AZ EN RU

Naxçıvanda istifadəyə yararsız 30 min yumurta aşkar olunub

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən  dövlət nəzarəti tədbirləri zamanı laborator müayinəyə cəlb olunmuş 23.07.2024-cü il tarixli T8 H.Q.S.5 partiya nömrəli yumurta məhsulunda uyğunsuzluqlar aşkarlanıb.
Agentlikdən “Şərq qapısı”na bildirilib ki, uyğunsuzluq aşkarlanmış istifadəyə yararsız yumurtanın topdançı subyekt tərəfindən geri çağırılması barədə qərar qəbul edilib. Geri çağırılmış 30 min ədəd yumurtanın bu gün agentlik əməkdaşlarının iştirakı ilə məhv edilməsi prosesi həyata keçirilib.

Nəşr edilib : 09.08.2024 17:23