AZ EN RU

Naxçıvanda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün nə qədər vəsait yönəldilib?

Cari ilin yanvar-iyul aylarında Naxçıvanda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 81 milyon 143 min 900 manat vəsait yönəldilib.
"Şərq qapısı" Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da bir il öncəki göstəricidən 20 faiz azdır. Əsas kapitala vəsait qoyuluşunun 65 milyon 238 min 700 manatı və ya 80,4 faizi tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 17,5 faiz azdır.
Eyni zamanda, 2024-cü ilin yanvar-iyul aylarında muxtar respublikada 195 milyon 799 min 300  manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bunun da 99 milyon 807 min 200 manatı bitkiçilik sahəsi üzrə, 95 milyon 992 min 100 manatı isə heyvandarlıq sahəsi üzrə olub.İstehsal olunmuş kənd təsərrüfatı məhsulu 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artıb.

Nəşr edilib : 13.08.2024 12:21