AZ EN RU

Naxçıvanda “İqlim Dəyişikliyi və İnsan Hüquqları” mövzusunda konfrans keçirilir

Naxçıvan Biznes Mərkəzində Hüquq və İnsan Haqları İnstitutu, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı ilə “İqlim Dəyişikliyi və İnsan Hüquqları” mövzusunda konfrans keçirilir. Əvvəlcə mərkəzin sərgi salonu ilə tanışlıq olub.

Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Xanım Alessandra Rokkasalvo çıxış edəcəklər. 
Tədbirdə Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Vüsalə Muradxanlı və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Aysel Nəcəflinin təqdimatları olacaq, iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.

Nəşr edilib : 19.07.2024 10:17