AZ EN RU

Naxçıvanda ilkdəfə olaraq Müəllimlərin İşə Qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib

Avqustun 14-dən Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən Müəllimlərin İşə Qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.

Qeyd edək ki, 3 gün davam edəcək  müsahibə mərhələsində vakant yerlərin seçimində iştirak edən 145 namizəd iştirak edəcək.

 Məlumat üçün bildirək  ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Nəşr edilib : 14.08.2024 10:29