AZ EN RU

Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbul imtahanı keçirilib

Avqustun 2-də 2024/2025-ci il tədris ili üçün Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib.

Onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçən 22 namizəddən 19-u müsabiqənin imtahan mərhələsində iştirak etmək hüququ qazanıb. 

150 dəqiqə davam edən imtahanda iştirakçılar ixtisas modulları, tədris metodikası və təlim strategiyaları üzrə test tapşırıqlarını cavablandırıblar.
Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə 15 sentyabr tarixinədək aparılacaq.

Bülbül QULİYEVA

Nəşr edilib : 02.08.2024 14:51