AZ EN RU

Naxçıvanda ilk dəfə mərkəzləşmiş qaydada keçirilən müəllimlərin işə qəbul müsabiqəsinin III günündə test imtahanına 300-ə yaxın namizəd dəvət olunub

Saat 10:00- da başlayan  test imtahanında  riyaziyyat və kimya müəllimləri iştirak edir.İmtahanda   hər namizədə ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilib. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanıb. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq edilib. 

Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual- 0,5 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə- 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.  

Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt ayrılıb.

Test imtahanında ixtisas üzrə minimum 34 bal, tədris metodikası və təlim strategiyaları üzrə minimum 6 bal olmaqla ümumilikdə 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılacaqlar. 

 İmtahanda iştirak edən namizədlərə uğurlar arzulayırıq

Nəşr edilib : 04.07.2024 12:36