AZ EN RU

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 17 faizdən çox artıb

Cari  ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2,5 milyon manatdan çox olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “Şərq qapısı”na bildirilib ki, həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 2023-cü ilin eyni dövrünə nisbətən 17,3 faiz artıb və 16,4 milyon manat təşkil edib.

Nəşr edilib : 07.08.2024 12:20