AZ EN RU

Naxçıvanda I və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsi keçirilir

İmtahan başlanmazdan əvvəl abituriyentlərin valideynləri təəssüratlarını  “Şərq qapısı” qəzeti ilə bölüşdülər:


Nuranə Ələkbərli: –  Bir azdan qızım IV ixtisas qrupu üzrə qəbul imtahanına daxil olacaq. Onlarla bərabər biz valideynlər də çox həyəcanlıyıq.  İmtahanın birinci mərhələsində kifayət qədər bal toplasa da, inanıram ki, ikinci mərhələsində daha yüksək nəticə əldə edəcək.  Bütün abituriyentlər çəkdikləri əziyyətin bəhrəsini görər, inşallah. Qızımla birgə imtahanda iştirak edən hər kəsə uğurlar arzu edirəm.  


Vüsal Məhərrəmov: –   Bu gün  artıq qəbul imtahanının ikinci mərhələsi keçirilir. Övladıma inanıram. Çünki o bütün imtahanlara böyük əzm və iradə ilə çalışır. Mən də ona dəstək olmaq üçün gəlmişəm. Hər bir valideyn istəyər ki, övladı ən yaxşı universitetlərdə təhsil alsın. Mənim də övladımın arzusu istədiyi peşə üzrə təhsil almaqdır. Bütün  abituriyentlərə bol şans arzu edirəm.

 

Bülbül QULİYEVA

Nəşr edilib : 14.07.2024 09:17