AZ EN RU

Naxçıvanda “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin hədəf və missisiyası açıqlanıb

Tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinın rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Müslüm Cabbarzadə xidmətin hərraclar vasitəsi ilə satışı sahəsindəki funksiyalarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2024-cü il 9 fevral tarixli Fərmanı ilə yaradılmış “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin həyata 
keçirdiyini qeyd edib.
Mərkəzin missiyasının dövlət sifarişi əsasında dövlət əmlakının, dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət nəfinə keçməklə müsadirə olunan, üzərinə həbs qoyulan dövlət əmlakının, dövlət mülkiyyətinə keçirilən əmlakların, eləcə də bələdiyyə torpaqlarının müraciət əsasında hərraclarda satışı olduğu bildirilib. 
Hərrac iştirakçıları üçün şəffaf və rəqabətli hərracların keçirilməsi qarşıya qoyulan hədəflərdən olduğu vurğulanıb.

Nəşr edilib : 09.07.2024 18:43