AZ EN RU

Naxçıvanda hərracla satılan əmlakların sayı 2,3 dəfə artıb

Özəlləşdirmə prosesində operativliyi və şəffaflığı təmin etmək üçün həyata keçirilən tədbirlərdən biri də hərraclardır. Hərraclara çıxarılan dövlət əmlakları müxtəlif çeşidli olmaqla sahibkarların seçim imkanını artırır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, cari ilin yanvar-iyul aylarında nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraclar yolu ilə satılan əmlakların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 70 olub. Cari ilin 7 ayı ərzində keçirilən hərraclardan xüsusi hesaba daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə artıb.

Nəşr edilib : 14.08.2024 09:59