AZ EN RU

Naxçıvanda fərqlənmə attestatı ilə bitirən məzunların sayı ötən illə müqayisədə 3 dəfədən çox artıb

2023-2024-cü tədris ili üzrə Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrində IX və XI sinfi bitirən məzunlara attestatlar verilir. 
"Şərq qapısı" xəbər verir ki, bu il muxtar respublikanın ümumi təhsil müəssisələrinin IX siniflərini 4569, XI siniflərini isə 3500 məzun bitirib. Onlardan ümumi orta təhsil səviyyəsi üzrə 134, tam orta təhsil səviyyəsi üzrə isə 253 məzun təhsilini fərqlənmə attestatı ilə başa vurub. Ümumilikdə 387 məzun ümumtəhsil  məktəblərini fərqlənmə attestatı  ilə bitirib.
Qeyd edək ki, ki, son dövrlər muxtar respublikada təhsil sahəsində aparılan islahatlar, şagirdlərin bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki,  fərqlənmə attestatı  ilə bitirən məzunların sayı  ötən illə müqayisədə təqribən 3 dəfədən çox  (ötən il: ümumi və orta təhsil səviyyəsi üzrə ümumilikdə  121 məzun) artıb.

Nəşr edilib : 18.07.2024 12:31