AZ EN RU

Naxçıvanda əmlakla bağlı müraciətlərin sayı artıb

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fəaliyyət sahələrində innovasiyaların tətbiqi, elektron xidmətlər sferasının genişləndirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində işlər davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, cari ilin yanvar-iyul ayları ərzində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 3136 elektron xidmət göstərilib. 2023-ci ilin eyni dövrü ilə müqayisədə elektron xidmətlərdən istifadə sayı 2368 və ya 4,1 dəfə çox olub.

Nəşr edilib : 12.08.2024 10:48