AZ EN RU

Naxçıvanda elektron xidmətlərdən istifadə 4 dəfə artıb

Muxtar respublikada İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın elektron qeydiyyatı aparılıb, vətəndaşların elektron xidmətlərə əlçatanlığı təmin edilib, torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılıb və dövlət əmlakının registrinin elektron platformaya keçirilməsinə nail olunub.
Xidmətdən "Şərq qapısı"na bildirilib ki, həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2024-cü ilin 6 ayında elektron xidmətlərdən istifadə edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə artıb.

Nəşr edilib : 09.07.2024 18:40