AZ EN RU

Naxçıvanda ƏDV ödəyicilərinin sayı 22 faiz artıb

Naxçıvan Muxtar Respublikasında 1 avqust 2024-cü il tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 24 faiz artıb və 19 min 219 olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “Şərq qapısı”na bildirilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı isə 22 faiz artaraq 522 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayında ilin əvvəli ilə müqayisədə 2 faiz artım müşahidə olunub və onların sayı 5432-yə çatıb.

Nəşr edilib : 09.08.2024 09:37