AZ EN RU

Naxçıvanda dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan gəlir 10 dəfədən çox artıb

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cari ilin 7 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi sahəsində işləri davam etdirir.
Nazirlikdən “Şərq qapısı”na bildirilib ki,  xidmət tərəfindən bu ilin yanvar-iyul aylarında 143 dövlət əmlakı özəlləşdirilib. Həmin dövrdə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 1,1 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 dəfə çoxdur.

Nəşr edilib : 08.08.2024 10:18