AZ EN RU

Naxçıvanda dövlət əmlakın özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib

İyulun 11-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Hərraclar tam şəffaf və rəqabətli mühitdə baş tutub.

Hərracda muxtar respublikanın 7 yaşayış məntəqəsi üzrə müxtəlif xidmət sahələrinə aid dövlət mülkiyyətində olan, ümumilikdə 13 qeyri-yaşayış sahəsi satışa çıxarılıb. Hərracda 12 dövlət əmlakı özəlləşdirilib, 12 sifarişçi hərracın qalibi olub.

“Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 9 iyulda dövlət mülkiyyətində olan 11 avtonəqliyyat vasitəsinin satışı həyata keçirilib.

Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracın16 və 18 iyul tarixlərində keçirilməsi nəzərdə tutulur. Hərraca muxtar respublikanın 7 bələdiyyəsi üzrə 8 torpaq sahəsinin mülkiyyətə, 2 torpaq sahəsinin icarəyə verilməsi, 6 yaşayış məntəqəsi üzrə dövlət mülkiyyətində olan 13 qeyri-yaşayış sahəsi çıxarılacaq.

Ətraflı məlumatı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin http://emlak.nakhchivan.az/ rəsmi saytından əldə etmək olar.

Nəşr edilib : 11.07.2024 15:34