AZ EN RU

Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb

Naxçıvan MR Daxili İşlər Nazirliyindən "Şərq qapısı"-na verilən məlumata görə, daxil olan şikayət əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Əfqan Məmmədov saxlanılıb.
Araşdırmalarla onun özünü hüquqşunas kimi təqdim edərək, cəzaçəkmə müəssisəsində olan bir nəfərin cəzasını azaltmaq adlı ilə yaxınlarından dələduzluq yolu ilə pul aldığı məlum olub.
Ə.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Nəşr edilib : 10.07.2024 16:09