AZ EN RU

Naxçıvanda daşınmaz dövlət əmlakının icarəsi üzrə daxilolmalar artıb

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin 7 ayı ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib.
Nazirliyin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, cari ilin yanvar-iyul ayları ərzində ümumilikdə 72 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 38-i qeyri-yaşayış sahələri üzrə, 34-ü isə torpaq sahələrinə dair olub.  
Daşınmaz dövlət əmlakının  icarəsindən bu ilin 7 ayında dövlət büdcəsinə 207,8 min manat vəsaitin ödənilməsi təmin olunub. İcarədən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 48,4 faiz artıb.

Nəşr edilib : 09.08.2024 09:52