AZ EN RU

Naxçıvanda COP29-la bağlı konfrans keçiriləcək

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Naxçıvan Muxtar Respublikasında səfərdədir.
"Şərq qapısı" xəbər verir ki, səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, COP 29-un prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər. 
Qeyd edək ki, Muxtar Babayev gün ərzində Naxçıvan MR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyində vətəndaşları qəbul edəcək, nazirliyin maddi-texniki bazası ilə tanış olacaq, Babək rayonu Xalxal kəndində yerləşən GES-ə baxış keçirəcək.
Daha sonra isə nazir COP29-la bağlı Naxçıvan Biznes Mərkəzində keçiriləcək konfransda iştirak edəcək.

Nəşr edilib : 08.08.2024 10:22