AZ EN RU

Naxçıvanda bir sıra yanğınlar olub

Dünən və bu gün Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa rayonu Əbrəqunus, Kəngərli rayonu Şahtaxtı kəndlərində həyətyanı sahələrdə, Şərur rayonu Xələc, Babək rayonu Qaraqala  kəndlərində ot bağlamalarında, Şahbuz rayonu Nursu kəndində quru otlaq, Babək rayonu Şıxmahmud kəndində Nəbatət bağının yaxınlığında biçilmiş taxıl sahəsində  yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

"Şərq qapısı" xəbər verir ki, məlumatlarla əlaqədar dərhal Culfa, Kəngərli, Şərur, Babək və Şahbuz Rayon Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğınlar genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. 

Sahələrin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Nəşr edilib : 09.08.2024 17:04