Naxçıvan Muxtar Respublika DİO-nun əməkdaşları aksiz markasız siqaretlərin topdan və pərakəndə satışı ilə məşğul olan şəxsləri müəyyənləşdirərək saxlayıblar.
Babək RPİ-nin əməkdaşları Nehrəm şəhər sakini Əsəd Əsədovdan, Naxçıvan ŞPİ-nin əməkdaşları Naxçıvan şəhər sakini Elxan Qasımovdan, Cəhri PB-nin əməkdaşları Nehrəm qəsəbə sakini Elçin Niyazovdan, Kəngərli RPŞ-nin əməkdaşları isə Şərur rayon Yengicə kənd sakini İslam Məhərrəmovdan ümumilikdə 1580 qutu siqaret aşkarlayaraq dövriyyədən çıxarılmasını təmin ediblər.