AZ EN RU

Naxçıvanda akitv POS-terminalların sayı 3,6 dəfə artıb

Muxtar respublikada 1 iyul 2024-cü il tarixə aktiv POS-terminalların sayı  1960 ədəd olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki,  bu göstərici 1 yanvar 2023-cü illə müqayisədə 3,6 dəfə çoxdur. 2024-cü ilin yanvar – may ayları ərzində POS-terminallar vasitəsilə qeydə alınan dövriyyə 41,6 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,4 milyon manat və ya 37,7 faiz çox deməkdir.

Nəşr edilib : 17.07.2024 15:45