AZ EN RU

Naxçıvanda 600-700 intervalında bal toplayan məzunların sayı ötən illə müqayisədə 2.5 dəfə artıb

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında  ümumi təhsil məktəblərinin şagirdləri  buraxılış və qəbul imtahanlarında uğurlu nəticələr əldə ediblər. Buraxılış imtahanlarında son üç ilin ən yüksək nəticəsini göstərən məzunlar qəbul imtahanlarında da ötən ilin nəticələrini geridə qoyublar. Belə ki, 2023-2024-cü tədris ilində muxtar respublikanın ümumi təhsil məktəblərində təhsil alan  104 məzun 600-700 intervalında bal toplayıb ki, buda ötən tədris ili ilə müqayisədə 2.5 dəfə çoxdur. (Ötən il 42 məzun 600-700 intervalında bal toplamışdı)

Nəşr edilib : 30.07.2024 09:16