AZ EN RU

Naxçıvanda 40 tona yaxın yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Şərq qapısı"-na verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində aşkarlanmış ümumi çəkisi 40 tona yaxın olan 559.000 ədəd yabanı halda bitmiş çətənə kolu yandırılaraq məhv edilib.

Nəşr edilib : 08.07.2024 13:33